23.04.2019

“Oxu Günü” keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Oxu Günü” keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib.

Tədbirdə rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub. Həmçinin Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqramı da təşkil olunub.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdirib.


Açar sözlər: ,  ,  ,  ,