Şəhər 14 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə voleybol üzrə oğlanlar arasında Şəki rayon birinciliyi keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, Şəhər Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin fiziki tərbiyə fənni üzrə metodisti Abdurəhman Məmmədov oyunun qaydalarını izah edərək komandalara uğurlar arzulayıb. Gərgin oyun şəraitində keçən yarışda I yeri şəhər 20 nömrəli tam orta məktəbin komandası, II yeri şəhər 10 nömrəli tam orta məktəbin komandası, III yeri isə 14 nömrəli tam orta məktəbin komandası tutub.
Sonda qaliblər Şəki Şəhər Gənclər və Şəhər İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif ediliblər.