18.04.2019

Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Şəki şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Yubiley tədbirini giriş sözü ilə açan məktəbin direktoru İradə Məmmədov Cəfər Cabbarlı yaradıcılığının Azərbaycan xalqı üçün zəngin bir ədəbi irs olduğunu bildirərək, onun əsərlərinin bütün dövrlər üçün aktual məsələlərə toxunduğunu qeyd edib.

Daha sonra çıxış edən təhsil şöbəsinin metodisti Təranə Əsgərova görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

Sonda şagirdlər C. Cabbarlı şeirləri və "Sevil" piyesindən səhnəciklə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,