18.04.2019

Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri “Meyvəçilik” nominasiyası üzrə Il-III yerə layiq görülüblər.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Final mərhələsində iştirakçılar il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdiriblər.

Müsabiqənin keçirilməyində məqsəd ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması olub.

Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri “Meyvəçilik” nominasiyası üzrə Il-III yerə layiq görülüblər.

Sonra münsiflər heyətinin “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə seçdiyi ən yaxşı təcrübəçilik işlərinin müəllifləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, müsabiqə Azərbaycanda davamlı inkişaf şəraitində ekoloji təhsilin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə illik maarifləndirmə proqramı çərçivəsində təşkil edilib.


Açar sözlər: ,  ,