18.04.2019

“Kitab günü” adlı “Dəyirmi masa” keçirilib

23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseydə “Dəyirmi masa” keçirlilib. Məktəbin kitabxanasında təşkil edilən “Dəyirmi masa”da şagirdlər və müəllimlər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

Məktəbin kitabxana müdiri Mələk Nuhova çıxış edərək bildiriblər ki,  mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, həyata obyektiv baxışın formalaşmasına kömək edir.

Tədbirdə iştirak edən şagirdlər maraqlı şeirlər, hekayələr və nağıllar oxuyublar


Açar sözlər: ,  ,  ,