18.04.2019

Coğrafiya fənnindən  bilik yarışı keçirilib

Şəki rayon Şin kənd tam orta  məktəbdə coğrafiya fənnindən  bilik yarışı keçirilib. VI, VII və VIII sinif şagirdlərinin iştirak etdiyi yarış fənn müəllimi Mətanət İsmayılova tərəfindən təşkil olunub.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin potensialını üzə çıxarmaq, onların biliyini dəyərləndirmək və perspektivlərini artırmaq və coğrafiya fənninə marağın artırılmasıdır.

Yarışın sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,