12.04.2019

"Arximed qüvvəsi" mövzusunda açıq dərs keçirilib

Səki rayon Qaratorpaq kənd tam  orta məktəbdə fizika fənnindən "Arximed qüvvəsi" mövzusunda açıq dərs keçirilib.  Dərsdə məktəbin direktoru Vəfa İlyasova, direktor müavini və fənn müəllimləri iştirak ediblər.

Fizika müəllimi Aysel Ələsgərova maye və qaz daxilində olan cisimlərə təsir edən itələyici qüvvəni izah edib, itələyici qüvvəyə təsir edən kəmiyyətləri - cismin suya batırılmış hissəsinin həcmi, mayenin sıxlığı haqqında məlumat verib.

Açıq dərs diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.

Sonda keçirilən açıq dərs müzakirə  olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimləri çıxış edərək açıq dərsin yaxşı təşkil olunduğunu və şagirdlərin fizika fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.


Açar sözlər: ,  ,  ,