12.04.2019

Əlifba bayramı keçirilib

Şəki şəhər 9 nömrəli tam orta məktəbdə I sinifində  Əlifba bayramı keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan edilib.

Məktəbin direktoru İntizar Abdullayeva yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.

Birincilərin müəllimi Ziyadə Muradova körpələrin ilk sevinci - Əlifba bayramı münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.

Birincilər isə öz növbələrində şeir, mahnı, rəqs və kiçik səhnəciklərlə tədbiri rövnəqləndiriblər.

 


Açar sözlər: ,  ,  ,