Aprelin 11-də Şəki Şəhər Təhsil Şöbəsində Respublika fənn olimpiadalarının yarımfinal turunun qalibi olmuş şagirdlərlə görüş keçirilib.
Görüşdə məktəblilər arasında keçirilən müsabiqələrin məqsədi, təhsil sahəsində dövlətin həyata keçirdiyi tədbirlər, eyni zamanda rayon təhsilinin bu ilə olan nailiyyətlərindən danışılıb, məktəblilər olimpiada haqqında təəssüratlarını paylaşıblar.
Məktəbliləri nailiyyətləri münasibətilə təbrik edən təhsil şöbəsinin müdiri Südabər İsmayılova onları Şəki Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edib.
Sonda məktəblilərlə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri əsasən Şəki rayonundan 12 nəfər ― biologiya fənni üzrə, şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Arzu Musayeva, şəhər 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülnar Əkbərli, şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin XI sinif şagirdi Aysel İsayeva, şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin IX sinif şagirdi Aytac Əliyeva, şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin IX sinif şagirdi Ziya Beydullayev, şəhər 14 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səbinə Cəbrayılova, Azərbaycan dili fənni üzrə, şəhər 20 nömrəli tam orta məktəbin XI sinif şagirdi Elcan Səlimli, Selbasan kənd ümumi orta məktəbin IX sinif şagirdi Emil Zamanov, tarix fənni üzrə, Aşağı Layısqı kənd tam orta məktəbin XI sinif şagirdi Səxavət Abdurahmanov, Kiş kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xəyyam İslamov, Cəfərabad kənd tam orta məktəbin IX sinif şagirdi Əsmər Əliyeva, coğrafiya fənni üzrə isə Bideyiz kənd tam orta məktəbin X sinif şagirdi Nicat Hüseynov final turu üçün vəsiqə qazanıblar.