Şəki rayonu Öryət kənd ümumi orta məktəbdə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 650-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması və onlarda Nəsimi yaradıcılığı barədə bilikləri daha da dərinləşdirməkdən ibarətdir.
İ.Nəsiminin həyat və fəaliyyəti barədə məlumat verilərək şairin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib.
Tədbirin sonunda şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib.