Şəki rayon ümümtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
Yarışmadan əvvəl Təhsil Şöbəsinin müdir əvəzi südabər İsmayılova iştirakçıları salamlayaraq, oyunun keçirilmə məqsədindən söz açıb. Bildirib ki, yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkar etmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.
Daha sonra çıxış edən ATİAHİ-nin rayon komitəsini sədri Ziyafət Xasıyeva oyun iştirakçılarına keçən il keçirilmiş yarışmanın nəticələri və qazanılan uğurlar haqqında məlumat verib.
Yarışmanın komissiya sədri Sadiq Mehdiyev müəllimlərə qaydaları başa saldıqdan sonra oyuna start verilib. Yarışda rayonun 30 ümumtəhsil məktəbindən 30 müəllim istirak edib. Hər iştirakçıya 20 dəqiqə vaxt verilib. Oyun olimpiya sistemi ilə keçirilib, yəni uduzan iştirakçı oyunu tərk edib.
Oyunun nəticəsinə əsasən Kiş kənd 2 nömrəli tam orta məktəbin müəllimi Polad Eyvazov qalib gələrək, şahmat yarışının Bakı şəhərində keçiriləcək Respublika mərhələsində iştirak etmək hüququ qazanıb.