10.04.2019

Elnur İsgəndərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Şəki şəhər 7 nömrəli tam orta məktəbində 2016-ci il Aprel döyüşlərində Şəhid olmuş Elnur İsgəndərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirlərdə məktəb rəhbərliyi, Şəhid E.İsgəndərovun anası və oğlu,  məktəbin müəllim və şagird kollektivi, iştirak ediblər.

Tədbirlərin keçirilməsində əsas məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları heç zaman unutmamaqdır.

Tədbirlərdə Azərbaycan silahlı qüvvələrinin göstərdiyi rəşadətdən danışılıb.  Aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdiyi vurğulanıb. Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğu qeyd edilib.

Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirin sonunda məktəbin müəllim və şagird kollektivi Şəhid Elnur İsgəndərovun məzarını ziyarət ediblər.

 


Açar sözlər: ,  ,  ,