18.03.2019

Coğrafiya fənnindən bilik yarışı keçirilib

Martın 18-də Şəki rayon Baltalı kənd tam orta məktəbdə coğrafiya fənnindən  bilik yarışı keçirilib. VIa və VIb sinif şagirdlərinin iştirak etdiyi yarış fənn müəllimi Turanə Məmmədova tərəfindən təşkil olunub.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin potensialını üzə çıxarmaq, onların biliyini dəyərləndirmək və perspektivlərini artırmaq və coğrafiya fənninə marağın artırılmasıdır.

Yarışın sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.