04.03.2019

Direktor müavinləri ilə görüş

Şəki rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən  təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib.

Görüşün keçirilməsinin məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunmasıdır.

Görüşdə məktəblərdə metodiki işin və təlim-tərbiyə prosesinin düzgün və səmərəli təşkili, summativlərin keçirilməsi, zəif və istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə oxu, yazı və riyazi bacarıqların formalaşdırılması və digər məsələlər də müzakirə olunub.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı direktor müavinlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Açar sözlər: ,  ,