01.03.2019

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat fənnindən açıq dərs keçirilib

Mart ayının 1-də şəhər 11 nömrəli tam orta məktəbin II b sinfində riyaziyyat fənnindən Rəfiqə Alıbəyova tərəfindən açıq dərs keçirilib.

Mövzusu “Kütlə vahidləri” olan açıq dərsdə sinif şagirdləri üç qrup (Qram, Kiloqram, Ton) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “Kütlələri hansı üsulla ölçürlər?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.

Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Səki Şəhər Təhsil Şöbəsinin bir sıra əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.


Açar sözlər: ,  ,  ,