Fevralın 25-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə "Xocalı qan verən yaramız" adlı tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Nəzakət Qəhrəmanzadə Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Daha sonra şagirdlər Xocalı faciəsi qurbanlarına həsr olunmuş kompozisiyanı təqdim ediblər.