13.02.2019

“Bəxtiyar ömrü”

Fevralın 12-də Şəki şəhər 18 nömrəli tam orta məktəbin IIIc sinifində Bəxtiyar Vəhabzadənin həyat və yaradıcılığına həsr edilmiş “Bəxtiyar ömrü” adlı tədbir  keçirilib. Tədbir məktəbin IIIc sinifinin sinif rəhbəri Məryəm Orucova tərəfindən təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə xalq şairinin fəaliyyəti və əsərləri barədə məlumat verməkdən ibarət olub.

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, , B. Vahabzadə Azərbaycan şeyriyyatına verdiyi inciləri ilə yaddaşlarda dərin iz qoyub. Onun şeirləri özündə milli ruhu, vətənpərvərliyi, gözəlliyi, mərdliyi əks etdirir.

Sonda şagirdlər B.Vahabzadə yaradıcılığından müxtəlif şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,