Şəki şəhər 11 nömrəli tam orta məktəbdə "Coğrafiya gecəsi" keçirilib.
Gecədə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd edib ki, belə tədbirlərin keçirilməsinin şagirdlərin təhsilində böyük əhəmiyyət daşıdığını, onlarda fənnə marağın artmasına müsbət təsir göstərdiyini deyib.
Daha sonra çıxış edən məktəbin coğrafiya müəllimi Raya Sədrəddinova coğrafiyanın çox maraqlı fənn olması ilə yanaşı, coğrafi bilklərin həyatımızın demək olar ki, hər anında bizə lazım olduğunu vurğulayaraq bütün şagirdlərini coğrafiyanı dərindən öyrənməyə çağırıb.
Tədbirdə coğrafiya haqqında ümumi məlumat verildikdən sonra, məktəbin VIII sinif şagirdləri Türk dövlətləri haqqında bilgilərini paylaşıblar.
Tədbirdə, həmçinin bir çox ölkələrə "səyahət edilib" onların mədəniyyətindən danışılıb, rəqsləri təqdim olunub.