08.02.2019

Şəki şəhər 11 nömrəli tam orta məktəbin bir qrup müəllimləri və məktəbin IX-XI sinif şagirdləri Milli Qəhrəman Mubariz Ibrahimovun doğum gününü doğulduğu Biləsuvar rayonunda anıblar.

Şəki şəhər 11 nömrəli tam orta məktəbin bir qrup müəllimləri və məktəbin IX-XI sinif şagirdləri Milli Qəhrəman Mübariz İbrahimovun yaşadığı evi ziyarət edib, burada qəhrəmanın valideynləri ilə görüşüb ölümü ilə ölməzliyi qazanan şəhidin xatirəsini anıblar. Mübarizlə qürür duyan valideynləri şagirdlərə Mübariz tək vətənpərvər, mərd, cəsur olmağı diləyiblər.

Məktəbin direktoru Ədalət Sədiyeva  məktəbin şagird və pedaqoji kollektivi adından çıxış edərək belə oğul böyütdükləri üçün Milli Qəhrəmanın valideynlərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətdə olub.Sonradan könüllü olaraq "N" saylı hərbi hissələrinin birində gizir kimi xidmətə başlayıb. 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni əsgər və zabitini məhv edərək, Şəhidlik zirvəsinə ucalıb.

 


Açar sözlər: ,  ,