25.01.2019

“El bilir ki, sən mənimsən"

Yanvarın 24-də Şəki şəhər 18 nömrəli tam orta məktəbin IIIa sinifində “El bilir ki, sən mənimsən" mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin təhsil şöbəsinin və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon komitəsinin əməkdaşları, digər məktəblərin  müəllimləri, məktəbin şagird kollektivi, həmçinin valdeyinlər iştirak ediblər.

Çıxış edən məktəbin direktoru Məmməd Mahmudov milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı silsilə tədbirlərin məktəblərdə keçirilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev çıxışında qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Bu baxımdan gələcəyimiz olan gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşılmalı və ona həyati əhəmiyyətli məsələ kimi baxılmalıdır.

Şagirdlərin ifasında Vətənə, millətə, dövlət atributlarına aid vətərnpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqs nümünələri nümayiş olunub.

Tədbirdə həmçinin, vətənpərvərlik mövzusunda şagirdlər tərəfindən ədəbii-bədii kompozisiyalar  nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,