Yanvarın 15-də Şəki rayon Oxud kənd tam orta məktəbin VIs sinfində Azərbaycan dili müəllimi Mahizər İsmayılova tərəfindən açıq dərs keçirilib. Dərs zamanı şagirdlər dörd qrupa bölünərək iştirak ediblər.
“Bayraq” mövzusunda keçirilmiş açıq dərs diskussiya şəklində şagirdlərin fəallığı ilə həyata keçirilib. Şagirdlərə təqdim olunan tədqiqat sualı və mövzuya uyğun test tapşırıqlarını hər qrup üzrə liderlər cavablandırıblar. Dərsin sonunda ev tapşırığı verilib, şagirdlərin fəallığı və bilikləri qiymətləndirilib.
Qeyd edək ki, keçirilmiş açıq dərsdə təhsil şöbəsinin məsul işçiləri və məktəbin ixtisas müəllimləri müşahidəçi qismində iştirak ediblər.