27.12.2018

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub

Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Şəki Şəhər Gənclər və İdman İdarəsinin, məktəbin direktoru Xalidə Əliyeva,  müəllimlər  və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Açar sözlər: ,  ,