Şəki rayonu Aran kənd ümumi orta məktəbdə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Zəkamızla irəli” mövzusunda intellektual yarışma keçirilib. Yarış məktəb rəhbərliyi tərəfindən təşkil edilib.
İntellektual yarışmada məktəbin direktoru, müəllim və şagirdlər iştirak ediblər.
Yarışın əvvəlində dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Şahin Məmmədov çıxış edərək, qonaqları salamlayıb, şagirdlərə uğurlar arzu edib.
İntellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.
3 turdan ibarət olan yarışın nəticələrinə əsasən, məktəbin “Gülay” komandası I yerə, “Zəfər” komandası II yerə, “Şəfəq” və “Vətən” komandaları isə III yerdə qərarlaşıb.
Sonda qalib komandalar diplom, medal və hədiyyələrlə təltif ediliblər.