24.12.2018

"General" romanının disputu

Şəki rayonu Qoxmuq kənd tam orta məktəbdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları  general–mayor Həzi Aslanovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunan "General" romanının disputu keçirilib.

Tədbirdə  Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları,  məktəb rəhbəri, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Günay Daşdəmirova  Həzi Aslanovun İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıb, keçdiyi ömür yolunun gənclərə örnək olduğunu bildirib.

 Çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev  xüsusi vurğulayıb ki, Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun və digər qəhrəmanlarımızın şanlı həyat və döyüş yolu bugünkü gənc nəsil üçün parlaq örnəkdir.

Daha sonra şagirdlərin  ifasında vətənpərvərlik mövzusunda  şeirlər səsləndirilib, mahnılar ifa olunub

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edən bu tədbirdə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quruculuğu sahəsində onun gördüyü əzəmətli işlər də xususi vurğulanıb, Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacağına inam ifadə olunub.


Açar sözlər: ,  ,