Dekabr ayının 19-da Şəki şəhər 7 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi Sevinc Orucova tərəfindən Ib sinifdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib.
Mövzusu “V” səs olan açıq dərsdə sinif şagirdləri dörd qrup (Cümlə, Səs, Hərf, Heca) üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə dərs prosesində verilmiş “V v hərfi sözün hansı hissəsində işlənə bilər ?” tədqiqat sualı qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Şəki Şəhər Təhsil Şöbəsinin metodisti Gülnarə Süleymanova, Ülviyyə İslamova və fənn müəllimləri tərəfindən dərs müzakirə edilib.