12.12.2018

Ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Dekabrın 12-də Şəki rayon ümumtəhsil məktəblərində  ümummilli lider Heydər Əliyevin anım gününə  həsr olunmuş silsilə  tədbirlər  keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin məsul işçiləri, müəllim və şagird kollektivi iştirak ediblər.

İlk olaraq ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları ulu öndərin həyat yolundan və onun apardığı quruculuq işlərindən geniş məruzə ilə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,  ,