Şəki şəhər 5 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir sönməz işıqsan ki” adlı tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin əməkdaşları, pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Filyar İbrahimova qonaqları salamlayaraq, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətləri barədə danışıb.
Çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. E. Abdullayev dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər. Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər.
Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar izlənilib.