Şəki şəhər 20 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə təhsil şöbəsinin əməkdaşları, pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verib, onun şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğu bildiriblər. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.