22.11.2018

"Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiya sona çatıb

Noyabrın 21-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb.

Noyabrın 18-də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Şəki rayon məktəblilərindən ibarət 40 nəfərlik şagird qrupu şimal bölgəsinə yola düşüblər.

Aksiyanın əsas məqsədi gələcək nəslə ölkəmizin tarixi irsini, mədəniyyətini, milli adət-ənənələrini, vətənpərvərlik ruhunu aşılamaq, müstəqillik illərində əldə olunmuş nailiyyətlərimizi dərindən öyrətmək, onların dünyagörüşünün daha da zənginləşdirilməsindən ibarətdir. 

Layihə çərçivəsində şagirdlərimiz Quba-Qusar-Xaçmaz rayonların tarixi memarlıq abidələri ilə tanış olub, rayonların görməli yerlərini gəziblər.

Tur zamanı şagirdlərimiz həmçinin Quba şəhərində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Respublikanın 9 şəhər və rayonları arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda 1-ci yer qazanıb.

Noyabrın 21-də şagirdlər Şəki rayonuna geri qayıdıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.

 


Açar sözlər: ,