Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında keçirilən ağacəkmə aksiyasında Şəki rayon ümumtəhsil məktəbləri də aktiv şəkildə iştirak edirlər.
Şəki rayon ümumtəhsil məktəblərində də aksiya çərçivəsində 2500-ə yaxın ağac əkilib.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.
Bir həftə davam edəcək aksiyada təbii xüsusiyyətlər nəzərə alınaraq, 100 min şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və digər ağacın əkilməsi nəzərdə tutulur.