Noyabrın 12-də şəhər 10 nömrəli tam orta məktəbdə 12 noyabr-Konstitusiya Günü ilə bağlı tədbir keçirlib. Tədbirdə məktəbin direktoru, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Çıxış edənlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.
Sonda şagirdlərin 12 noyabr-Konstitusiya Günü münasibətilə hazırladıqları əl işləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.