Noyabrın 8-də Şəhər 8 nömrəli tam orta məktəbin IVs sinfində Azərbaycan dili fənnindən Nərminə Ağayeva tərəfindən açıq dərs keçirilib.
Mövzusu “Azərbaycan bayrağı” olan açıq dərsdə sinif şagirdləri dörd qrup "Azərbaycan","Vətən","Bayraq","Gerb" və "Himn” üzrə bölünərək iştirak ediblər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb.
Sonda ev tapşırığı verilib və qruplar qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən Səki Şəhər Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən müzakirə edilib.