05.11.2018

Atletika idman növü üzrə rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Şəki Şəhər Təhsil Şöbəsinin və Şəki Şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə atletika idman növü üzrə rayon mərhələsi keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov  Məktəblilərin Respublika Çempionatı haqqında danışaraq, yarış iştirakçılarına uğurlar arzuladı. Sonra atetika üzrə rayon mərhələsinə start verilib.

Rayon mərhələsində 100, 200 və 400 metr məsafəyə qaçış üzrə yarışda 18 məktəbin hər birindən  V, VI və VII siniflərdən 6 şagird ( 3 qız, 3 oğlan) olmaqla 170 şagird iştirak komanda şəklində iştirak ediblər.Yarışda I yerə şəhər 20 nömrəli tam orta məktəb, II şəhər fizika- riyaziyyat və hümanitar təmayüllü liseyi,, III yerə isə 8 nömrəli tam orta məktəbi layiq görülüb və qaliblər diplomlarla təltif olunublar.


Açar sözlər: ,