08.11.2018

“Azərbaycan Respublikasının dövlət rəmzləri müstəqilliyimizin təcəssümüdür” adlı inşa müsabiqəsi keçirilib

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Azərbaycan Respublikasının dövlət rəmzləri müstəqilliyimizin təcəssümüdür” adlı inşa müsabiqəsi keçirilib.

Rayon ümumtəhsil məktəblərindən 75 şagirdin iştirak etdiyi müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə fikirlərini yazılı ifadə etmə bacarığının formalaşdırılması, onlar arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsidir.

İnşa müsabiqəsində rayon ümumtəhsil məktəblərində keçirilən məktəbdaxili müsabiqələrin qalibi olmuş, həmçinin yazı qabiliyyəti və ədəbi fikirləri yüksək olan şagirdlər iştirak edir.

İnşa müsabiqəsinin nəticələri yaxın günlərdə yoxlanıldıqdan sonra açıqlanacaq.

 


Açar sözlər: ,  ,  ,  ,