Şəki şəhər 8 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdləri şəhid Elnur İskəndərovun məzarını ziyarət edərək məzar üstünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə məktəbin müəllim və şagird kollektivi yanaşı şəhidin anası və azyaşlı oğlu iştirak ediblər.
Ziyarət zamanı məktəbin direktoru Səttar Ələsgərli çıxış edərək bildirib ki, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç vaxt unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq. Bu sakit, əminaman şəraitdəki yaşayışımızı Vətənimizin igid övladlarına borclu olduğumuzu qeyd edən məktəbin direktoru, şagirdlərə onları hər zaman örnək götürməli olduqlarını deyib, Vətən üçün layiqli vətəndaş olmalarını diləyib.
Daha sonra şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.