Oktyabrın 30-də Şəhər 19 nömrəli tam orta məktəbin V sinfində tarix müəllimi Aysel Məmmədova tərəfindən “Girdiman dövlətinin yaranması” mövzusunda açıq dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər.
Şagirdlər “Cavidan” və “Xürrəmilər” olmaqla 2 qrupa bölünüblər, qruplara təqdim olunan tədqiqat sualı qrup liderləri tərəfindən cavablandırılıb.
Dərsin sonunda ev tapşırığı verilib və şagirdlərin bilik səviyyəsi qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi və fənn müəllimləri dərs barədə fikirlərini bildiriblər.