30.10.2018

“Xəmsə”  Milli İntellektual Oyunun rayon mərhələsi keçirilib

Şəki Şəhər Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Xəmsə”  Milli İntellektual Oyunun rayon mərhələsi keçirilib.

Oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Yarışda rayonun 10 ümumtəhsil məktəbindən IX, X və XI sinif şagirdləri iştirak ediblər.

İntellektual oyunda I yerə şəhər 18 nömrəli, II yerə 5 nömrəli, III yerə şəhər 1 saylı tam orta məktəbin komandaları layiq görülüb.

Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib.

 


Açar sözlər: ,  ,