Şəhər 1 nömrəli tam orta məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində “Gələcəyimizi uşaqlara tapşıraq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə məktəbin müəllimləri və şagirdlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarını təbliğ etmək, hüquq düşüncəsini, hüquq mədəniyyətini inkişaf etdirməkdən ibarətdir.
Dəyirmi masa ətrafında uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi barədə söhbət aparılıb, bu mövzuda məruzələr dinlənilib. Daha sonra isə mövzu ilə əlaqədar fikirlərini bildirmələri üçün məktəblilərə söz verilib.