Şəki şəhər 20 nömrəli tam orta məktəbinin bir qrup şagirdləri məktəb rəhbərliyinin təşkilatçılığı ilə Şəki Xan sarayına,Tarix-Diyarşünaslıq muzeyinə, Şəki Dövlət Rəsm qalereyasına və V-VI əsrlərdə inşa olunmuş Dairəvi məbəddə yerləşən Xalq tətbiqi sənət muzeylərinə ekskursiya ediblər.
Tədris planına uyğun olaraq həyata keçirilən ekskurisiyanın məqsədi şagirdlərə Azərbaycan tarixi fənninin tədrisində tarixi keçmişimizə hörmət, adət-ənənələrimizə məhəbbət ruhunda tərbiyə olunmasını aşılamaq, onlara Şəki şəhərinin tarixi haqqında əyani məlumat verə bilməkdir.
Ekskursiya zamanı şagirdlər rayonun tarixini əks etdirən maddi mədəniyyət nümunələri ilə tanış olublar. Şagirdlərə, həmçinin rayon tarixi barədə ərtaflı məlumat verilib.