25.10.2018

“Xəmsə” Milli İntellektual Oyunun rayon mərhələsi keçiriləcək

Oktyabrın 30-da Şəki Şəhər Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə şəhər 14 nömrəli tam orta məktəbin akt zalında rayon ümumi təhsil məktəblərinin müvafiq komandalarının iştirakı ilə “Xəmsə” Milli İntellektual Oyunun rayon mərhələsi keçiriləcək.

“Xəmsə” Milli İntellektual Oyununda rayon ümumi təhsil məktəblərinin 10 komandası iştirak edəcək.

Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır.

 


Açar sözlər: ,