Oktyabr ayının 19-da Şəki şəhər 19 nömrəli tam orta məktəbin IX sinfində Riyaziyyat müəllimi Qumru Babayeva tərəfindən açıq dərs keçirilib. Dərs zamanı şagirdlər dörd qrupa bölünərək iştirak ediblər.
“Çevreyə toxunan” mövzusunda keçirilmiş açıq dərs diskussiya şəklində şagirdlərin fəallığı ilə həyata keçirilib. Şagirdlərə təqdim olunan tədqiqat sualı və mövzuya uyğun test tapşırıqlarını hər qrup üzrə liderlər cavablandırıblar. Dərsin sonunda ev tapşırığı verilib, şagirdlərin fəallığı və bilikləri qiymətləndirilib.
Qeyd edək ki, keçirilmiş açıq dərsdə təhsil şöbəsinin məsul işçiləri və məktəbin ixtisas müəllimləri müşahidəçi qismində iştirak ediblər.