18.10.2018

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi

Oktyabrın 17-də Şəki Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə orta ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindən ibarətdir.

Yarışda rayonun 18 tam orta məktəbinin komandaları iştirak edib.

1-ci yerə Şəki şəhər fizika- riyaziyyat və hümanitar təmayüllü liseyi, 2-ci yerə şəhər 8 nömrəli tam orta məktəbin, 3-cü yerə Kiş kənd 1 nömrəli tam orta məktəbin komandaları çıxıblar. Qalib komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,