Şəki şəhər 7 nömrəli tam orta məktəbin VIIb sinfində “Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət” mövzusunda fizika fənnindən açıq dərs keçirilib.
Fizika müəllimi Ofelya Hüseynova tərəfindən keçirilmiş açıq dərs zamanı sinifin şagirdləri 4 qrup "Nyuton", "Arximed", "Paskal", " Aristotel" şəklində bölünərək iştirak ediblər. Təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən suallar cavablandırılıb
Dərsin sonunda qruplar qiymətləndirilib və ev tapşırığı verilib. Həmçinin məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə edilib.