16.10.2018

Azərbaycan ədliyyəsinin tarixi

Şəki rayon ümumtəhsil məktəblərində “Azərbaycan ədliyyəsinin tarixi” mövzusunda açıq dərslərin keçirilməsinə başlanılıb. Açıq dərslər Şəki Şəhər Təhsil Şöbəsi, Şəki regional ədliyyə idarəsinin  birgə təşkilatçılığı ilə həyata keçirilir. Açıq dərslərdə Azərbaycan ədliyyəsinin yaranması, onun keçdiyi yol, müasir dövrdə ədliyyə sahəsində həyata keçirilən islahatlar, hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması sahəsində respublikamızda görülən işlər barədə Şəki regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən məktəblilərə geniş məlumatlar verilir, şagirdləri maraqlandıran suallar ədliyyə işçiləri tərəfindən dolğun cavablandırılır.