Oktyabrın 12-də Şəki rayon Qayabaşı kənd tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.
Tədbirdə Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun əməkdaşları, həmkarlar komitəsinin nümayəndələri, məktəbin müəllimləri və X, IX, XI sinif şagirdləri iştirak ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir
Tədbirdə çıxış edənlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, perspektiv addımlar müəyyənləşdirilib.