Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Təhsil naziri Ceyhun Bayramovun müvafiq sərəncam və əmrinə uyğun olaraq təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə qabaqcıl təhsil işçiləri təltiflərə layiq görülüb.
Şəki rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoji işçilərdən Şəki şəhər 1 nömrəli tam orta məktəbin direktoru Tahirə Cabbarova Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Tərəqqi medalı” ilə Şəki şəhər 10 nömrəli tam orta məktəbin texnologiya müəllimi Sevil İbrahimova Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar müəllim” adı ilə təltif olunub.
Şəhər 19 nömrəli tam orta məktəbin direktoru Yuldızə Heydərova və Şəhər 11 nömrəli tam orta məktəbin kimya müəllimi Xatirə Şabəddinova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə Şəhər 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Hicran Lətifova Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən “Fəxri fərman” və ilə təltif ediliblər.