05.10.2018

Oktyabrın 5-də Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Oktyabrın 5-də Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə təhsil şöbəsinin rəhbərliyi, Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon komitəsinin rəhbərliyi, ümumtəhsil məktəblərinin drektorları və qabaqcıl müəllimləri iştirak edib.

            Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova  ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər müəllimləri bu gün münasibəti ilə təbrik edib, gənc nəslin tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin müstəsna rolu olduğunu dilə gətiriblər.

Sonra bir qrup müəllimlər Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon komitəsinin rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.


Açar sözlər: ,