05.10.2018

“Səyyahlar, tədqiqatçılar və turistlər”

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Coğrafiya fənnindən “Səyyahlar, tədqiqatçılar və turistlər” adlı açıq dərs keçirilib. Məktəbin VIa sinfində coğrafiya müəllimi Nəzakət Qəhrəmanzadə tərəfindən keçirilən dərsdə şagirdlər “X.S.Elkano”, “F.Magellan”, “X.Kolumb” və “V. Qama” adlı qruplara bölünüblər.

“Səyahətçilərin kəşf etdikləri ərazilər və getdikləri yollar” tədqiqat suallarını şagirdlər qruplar şəklində cavablandırıblar.

Açıq dərs diskussiya şəklində başa çatıb. Şagirdlərin bilik səviyyəsi qrup şəkilində qiymətləndirilib.

Sonda keçirilən dərs müzakirə olunub. Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri çıxış edərək açıq dərsin yaxşı təşkil olunduğunu, şagirdlərin coğrafiya fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.


Açar sözlər: ,  ,  ,