04.10.2018

Şəhər 7 nömrəli tam orta məktəbdə Azərbaycan dili fənnindən açıq dərs keçirilib

Şəki şəhər 7 nömrəli tam orta məktəbin VIIa sinifində Rəvanə Qəhrəmanova tərəfindən Azərbaycan dili fənnindən açıq dərs keçirilib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər dinləyici qismində iştirak ediblər.

“Şəxssiz növ fellər” mövzusunda keçirilən dərsdə şagirdlər “Dil”, “Leksika”, “Fonetika” və “Söz yaradıcılığı” adlı qruplar şəklində bölünüblər. Təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən suallar cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə edilib.


Açar sözlər: ,  ,  ,