28.09.2018

“Nəğməkar şair”

Şəki şəhəri 8 nömrəli tam orta məktəbdə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Nəğməkar şair” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səttar Ələsgərli qeyd edib ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Tədbirdə iştirak edən məktəbin müəllimləri çıxış edərək Müşfiq yaradıcılığının insanların dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynadığını, şagirdlərin vətənpərvər ruhda böyüməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar

Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.


Açar sözlər: ,  ,  ,